Baş nazir: "Pakistan xalqı azərbaycanlı qardaşları ilə həmrəydir

      Baş nazir:    "Pakistan xalqı azərbaycanlı qardaşları ilə həmrəydir
  16 Sentyabr 2022    Oxunub:800
Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində şəhid olanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Baş nazir bu barədə tviter hesabında yazıb:

“Hörmətli qardaşım İlham Əliyev, Ermənistanın əsassız hücumu nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə kədərləndik.

Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”, - Baş nazir qeyd edib.



AzVision.az


Teqlər:



Xəbər lenti