Paşinyan Blinkenlə danışıb

 Paşinyan Blinkenlə danışıb
  16 Sentyabr 2022    Oxunub:836
ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
AzVision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays məlumat verib. O bildirib ki, Entoni Blinken telefon danışığında diplomatiyanın məsələnin həlli üçün yeganə yol olduğunu və bu məsələ ilə şəxsən məşğul olacağını deyib.

“Dövlət katibi Azərbaycana və Ermənistana məsələnin sülh yolu ilə həllində yardım göstərməyə sadiq olduğunu bildirib”.

AzVision.az


Teqlər:



Xəbər lenti