|
| Qırğızıstan-Tacikistan sərhəddində gərginlik: Səbəblər və nəticələr |
Sputnik Qırğızıstan onu da yazıb ki, Fövqəladə Hallar Nazirliyi ölkənin sərhədyanı Leylek və Batken rayonlarının sakinlərinin təxliyəsinə başlayıb. Səhər saat 10:00-a olan məlumata görə, Qırğızıstan tərəfdən 18 nəfər yaralanıb.
Bu arada, Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistan tərəfinə etiraz notası təqdim edib. Bişkek qeyd edib ki, Tacikistan əvvəllər əldə edilmiş razılaşmaları pozaraq, silahlı qüvvələrdən, ağır texnikadan istifadə etməklə qoşunlarını Qırğızıstan Respublikasının sərhədinə çəkməklə, Qırğızıstan-Tacikistan dövlət sərhədinin bütün perimetri boyunca sərhəd və mülki obyektlərə hücum edib.
Qırğızıstan tərəfi atəşkəs və hərbi birləşmələrin çıxarılmasını tələb edərək, sərhəddəki bütün problemlərin siyasi və diplomatik yollarla həll edilməli olduğunu vurğulayıb.
Hazırda Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev və onun tacikistanlı həmkarı Saimumin Yatimov arasında danışıqlar aparılır.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


