Paşinyan və Putin sərhəddəki vəziyyəti müzakirə ediblər

   Paşinyan və Putin sərhəddəki vəziyyəti müzakirə ediblər
  16 Sentyabr 2022    Oxunub:1145
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonla Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
İki ölkə lideri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələlərə baxıblar.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə xeyli sayda erməni hərbçisi məhv edilib. Baş nazir Nikol Paşinyan ilkin olaraq 49 itkinin olduğunu açıqlasa da sonradan bu rəqəm 100-ü keçdi. Yerli media və ekspertlər ölü sayının daha çox olduğunu iddia edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti