Paşinyan Makronla danışıb

   Paşinyan Makronla danışıb
  16 Sentyabr 2022    Oxunub:700
Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı sərhəddəki vəziyyət müzakirə olunub. Paşinyan qeyd edib ki, nisbi sakitliyə baxmayaraq, vəziyyət son dərəcə gərgin olaraq qalır.

Makron dialoq və sülhə təşviq etməyə hazır olduğunu bir daha təsdiqləyib. Həmsöhbətlər Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti ilə bağlı müzakirələrə də toxunublar.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə xeyli sayda erməni hərbçisi məhv edilib. Baş nazir Nikol Paşinyan ilkin olaraq 49 itkinin olduğunu açıqlasa da sonradan bu rəqəm 100-ü keçdi. Yerli media və ekspertlər ölü sayının daha çox olduğunu iddia edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti