Paşinyan hərbi vəziyyət elan etmək niyyətində deyil

   Paşinyan hərbi vəziyyət elan etmək niyyətində deyil
  16 Sentyabr 2022    Oxunub:850
Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü hökumətin iclasında bildirib ki, ölkədə hərbi vəziyyətin tətbiqini hələlik məqsədəuyğun hesab etmir.
Paşinyan qeyd edib ki, Təhlükəsizlik Şurasının iclasında hərbi vəziyyətin tətbiqi məsələsi müzakirə olunub.

"Lakin belə qənaətə gəldik ki, hazırda hərbi vəziyyət elan etməyə ehtiyac yoxdur".

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə xeyli sayda erməni hərbçisi məhv edilib. Baş nazir Nikol Paşinyan ilkin olaraq 49 itkinin olduğunu açıqlasa da sonradan bu rəqəmin 135 olduğunu açıqladı. Yerli media və ekspertlər ölü sayının daha çox olduğunu iddia edir.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:



Xəbər lenti