Sərhəddə ölənlərin sayı dəyişə bilər, itkin düşənlər var - Koçaryan

   Sərhəddə ölənlərin sayı dəyişə bilər, itkin düşənlər var -    Koçaryan
  16 Sentyabr 2022    Oxunub:818
"Sərhəddə gərginlik zamanı ölən erməni hərbçilərinin sayı dəyişə bilər, çünki itkin düşənlər barədə məlumatlar var".
AzVision.az xəbər verir ki, bu barədə parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan cümə günü keçirdiyi brifinqdə bildirib.

"İtkin düşənlərimiz var. Yalnız onların taleyi məlum olandan sonra nə qədər ölü və əsirimiz olduğu məlum olacaq", - Koçaryan deyib.

Deputat həlak olan hərbçilərin siyahısının niyə hələ də açıqlanmaması sualına cavab verməkdən imtina edib. Onun sözlərinə görə, itkin düşənlərin ümumi sayı açıqlanmır.

“Cəsədlərin bəziləri bizim nəzarətimizdə olmayan ərazidədir”.

Sentyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, Ermənistan tərəfindən sərhəddə vəziyyətin gərginləşməsi zamanı təsdiqlənmiş məlumatlara görə, 135 nəfər ölüb. Çoxlu sayda yaralı var.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti