Rusiya 300 min ton gübrəni ölkələrə pulsuz verməyə hazırdır

   Rusiya 300 min ton gübrəni ölkələrə pulsuz verməyə hazırdır
  16 Sentyabr 2022    Oxunub:755
Rusiya BMT katibliyindən Avropa Komissiyasının qərarına təsir göstərməyə və Avropa İttifaqından Rusiya gübrələrinin üçüncü ölkələrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb etməyə çağırıb.
Bunu Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin bəyan edib. Putin Ukrayna limanlarında qalan Rusiyanın 300 min ton gübrəsini inkişaf etməkdə olan ölkələrə pulsuz olaraq verməyə hazır olduğunu təsdiqləyib.

Rusiya lideri ölkələri öz siyasətlərində iqtisadi eqoizmdən və qeyri-qanuni sanksiyalardan istifadə etməyi dayandırmağa çağırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti