Ukraynalı keçmiş deputat vətənə xəyanətə görə axtarışa verildi

Ukraynalı keçmiş deputat vətənə xəyanətə görə axtarışa verildi
  16 Sentyabr 2022    Oxunub:779
Ukraynanın keçmiş deputatı Andrey Derkaç dövlətə xəyanətdə və qanunsuz şəkildə var-dövlət toplamaqda şübhəli bilinir.
AzVision.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İstintaq müəyyən edib ki, xalq deputatı 2019-2022-ci illər ərzində Ukraynaya qarşı təxribat fəaliyyətinə görə Rusiya Federasiyasının hüquq-mühafizə və kəşfiyyat orqanlarından azı 567 min dollar alıb. Xüsusilə də, o, Ukraynanı beynəlxalq aləmdə nüfuzdan salmaq, Amerika Birləşmiş Ştatları ilə diplomatik münasibətləri pisləşdirmək, eləcə də Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını çətinləşdirdiyinə görə ittiham olunur. Keçmiş deputat axtarışa verilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Deputat  





Xəbər lenti