Ermənistanın 4 məktəbində Azərbaycan, 9-da isə türk dili tədris olunacaq

   Ermənistanın 4 məktəbində Azərbaycan, 9-da isə türk dili tədris olunacaq
  16 Sentyabr 2022    Oxunub:1039
Artıq yeni tədris ilindən başlayaraq Ermənistanın 23 məktəbində şagirdlərə region ölkələrinin dilləri tədris olunur.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin yaydığı xəbərdə məlumat verilib.

Məlumata görə, 23 məktəbdən 9-da türk, 7-də fars, 4-də Azərbaycan, 3-də isə gürcü dili tədris olunur.

"Məktəblilərimiz daha çox Azərbaycan və türk dillərini seçirlər" - Erməni nazir
Təhsil ya dərnəklər, ya da üçüncü xarici dil formatında aparılır. Qarışıq formatdan istifadə edən məktəblər də var.

Jurnalistlərin Ermənistanda bu istiqamətdə kadrların kifayət qədər olub-olmaması ilə bağlı sualına gəldikdə isə, nazirlik media nümayəndələrini əmin edib ki, onlara region ölkələrinin bu və ya digər dilini öyrətmək istəyən mütəxəssislərdən çoxlu məktublar və zənglər gəlir. Həmin şəxslərə tədris prosesini təşkil etməyə hazır olduğunu bəyan edən məktəblərin siyahısı verilir. Bu siyahıya 400-ə yaxın təhsil müəssisəsi daxildir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Məktəb   Tədris  



Xəbər lenti