Ərdoğan: “Dünyada gərginlik artır”

      Ərdoğan:    “Dünyada gərginlik artır”
  16 Sentyabr 2022    Oxunub:734
“Bəzi ölkələrin özlərini digərlərindən hasara almağa çalışması səbəbindən dünyada gərginlik artır. Halbuki indi daha çox həmrəy olmalıyıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı deyib. Ərdoğan bildirib ki, hazırda daha ədalətli dünya nizamının qurulmasına ehtiyac var:

“Regionda və dünyada sabitlik üçün çalışırıq. Məqsədimiz sülhü təmin etməkdir. Ukraynadakı müharibənin diplomatiya yolu ilə başa çatması üçün çalışırıq”. Onun sözlərinə görə, Türkiyənin on minlərlə vətəndaşı terror qurbanı olub.


AzVision.az



Teqlər:



Xəbər lenti