Səmərqənd Bəyannaməsi qəbul edildi: Müddəalar

   Səmərqənd Bəyannaməsi qəbul edildi:    Müddəalar
  16 Sentyabr 2022    Oxunub:1211
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlətlərin liderləri keçirilən görüşlərin yekunlarına görə sammitin əsas sənədi olan Səmərqənd Bəyannaməsini qəbul ediblər.
Sənayenin müxtəlif sahələrində əməkdaşlığa dair sənədlər paketi də təsdiq edilib. Bəyannamə regional sabitliyin, davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsi, eləcə də mədəni dialoqun dərinləşdirilməsi üçün birgə yanaşmaları müəyyən edəcək.

Sənədin əsas müddəaları:

ŞƏT ölkələri bütün dünyada baş verən hücumları pisləyib və terrorizm üçün əlverişli şəraiti fəal şəkildə aradan qaldırmaq niyyətindədirlər.
ŞƏT ölkələri gənclərin terror təşkilatlarına cəlb edilməsinə qarşı beynəlxalq səylərin artırılmasını vacib hesab edir.
ŞƏT ölkələrinin liderləri terrorizmlə mübarizə bəhanəsi ilə dövlətlərin işlərinə qarışmağın yolverilməzliyini bəyan ediblər.
ŞƏT ölkələri dünyada nüvə tərksilahının davam etdirilməsi üçün çıxış ediblər.
ŞƏT-in genişlənməsi, beynəlxalq əməkdaşlığın dərinləşməsi regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət edəcəkdir.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyalardan başqa iqtisadi sanksiyaların birtərəfli tətbiqi beynəlxalq hüququn prinsipləri ilə bir araya sığmır.
ŞƏT ölkələri müasir iqtisadi reallıqlara uyğunlaşma məsələlərini vurğulamaqla ÜTT-də erkən inklüziv islahatların aparılmasının zəruriliyini vurğuladılar.


AzVision.az



Teqlər:



Xəbər lenti