Tacikistan və Qırğızıstan sərhəddə atəşkəs barədə razılığa gəliblər

   Tacikistan və Qırğızıstan sərhəddə atəşkəs barədə razılığa gəliblər
  16 Sentyabr 2022    Oxunub:880
Tacikistan və Qırğızıstan yerli vaxtla saat 15:00-a qədər sərhəddə atəşkəs barədə razılığa gəliblər. Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.
Departamentdən bildirilib ki, danışıqlarda hər iki ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbərləri Saymumin Yatimov və Kamçıbek Taşiyev iştirak ediblər. Bu məlumatı Tacikistan tərəfi də təsdiqləyib.

Bununla belə, Düşənbə atəşkəsin dəqiq vaxtını açıqlamayıb. Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi bundan əvvəl Qırğızıstanın Batken sərhəd dəstəsinin “Koktoş” sərhəd zastavasının hərbçilərinin razılaşmaları pozaraq atəş açdığını bəyan edib.

Qeyd edək ki, sentyabrın 14-də Qırğzıstan-Tacikistan sərhədində vəziyyət gərginləşib. Qırğızıstan tərəfinin bildirdiyinə görə, tacik sərhədçiləri çərşənbə günü Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı bölgəsindəki sərhəd zonasına daxil olaraq döyüş mövqelərini tutublar.

Ərazini tərk etmək tələbinə cavab olaraq Tacikistanın sərhədçiləri atəş açıb, ardınca atışma baş verib. Bir neçə saat sonra Batken bölgəsindəki Kak-Sai və Paski-Arık bölgələrində də silahlı toqquşmalar olub. Axşama yaxın atışma dayanıb. Qırğızıstan tərəfi iki hərbçinin və üç mülki vətəndaşın yaralandığını bildirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti