ŞƏT-in növbəti sammiti Hindistanda keçiriləcək

ŞƏT-in növbəti sammiti Hindistanda keçiriləcək
  16 Sentyabr 2022    Oxunub:976
Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyi Hindistana təhvil verib.
Bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov ŞƏT-in Səmərqənd Sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Səmərqənd Sammitinin nəticələrinə əsasən, ŞƏT-ə sədrliyin Hindistana verilməsi barədə qərar qəbul edilib: "Beləliklə, təşkilatın növbəti sammiti 2023-cü ildə Hindistanda keçiriləcək. Bu məsul missiyanın həyata keçirilməsində strateji tərəfdaşımız olan Hindistana əlimizdən gələn köməyi edəcəyik".

AzVision.az


Teqlər:



Xəbər lenti