Çində 42 mərtəbəli göydələn yanıb

   Çində 42 mərtəbəli göydələn yanıb
  16 Sentyabr 2022    Oxunub:697
Çinin cənubundakı Hunan əyalətinin paytaxtı Çanşa şəhərində “China Telecom” şirkətinin ofisinin yerləşdiyi 42 mərtəbəli binada güclü yanğın baş verib.
Yanğın 218 metr hündürlüyü olan binanın onlarla mərtəbəsini bürüyüb. Yanğınsöndürənlər alovun qarşısını qısa müddətdə almağa müvəffəq olub. Hadisə zamanı heç kimin xəsarət almadığı bildirilir.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, alovla mübarizəyə 36 yanğınsöndürən maşın və 280 mütəxəssis cəlb olunub. İlkin məlumatla görə, yanğın binanın divarının çöldən alışması ilə başlayıb.

Qeyd edək ki, yanğının baş verdiyi göydələn 2000-ci ildə tikilib və o zaman Çanşa şəhərində hündürlüyü 200 metri ötən ilk bina olub.

AzVision.az


Teqlər:



Xəbər lenti