"Sülhməramlıların məsuliyyət zonasında atəşkəs rejimi pozulmayıb" - Rusiya MN

 "Sülhməramlıların məsuliyyət zonasında atəşkəs rejimi pozulmayıb" -    Rusiya MN
  16 Sentyabr 2022    Oxunub:939
"Gün ərzində Qarabağdakı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulması qeydə alınmayıb". Bu barədə Rusiya Müdafiə Nazirliyinin sülhməramlıların fəaliyyətinə dair bülletenində bildirilir.
Bildirilir ki, 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə nəzarət edir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

"Ağdərə və Xocaənd rayonlarında iki marşrut üzrə patrul xidməti həyata keçirilib. Azərbaycan Respublikasının dörd korteji müşayiət olunub: biri Qubadlı-Laçın marşrutu üzrə və geri, digəri isə Şuşa-Laçın marşrutu üzrə, biri isə geri".

Həmçinin, Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti