Tacikistanla sərhəddə 87 Qırğızıstan sakini yaralanıb

   Tacikistanla sərhəddə 87 Qırğızıstan sakini yaralanıb
  16 Sentyabr 2022    Oxunub:681
Qırğızıstan Səhiyyə Nazirliyi bildirib ki, Tacikistanla sərhəddə toqquşmalar zamanı yaralanan Qırğızıstan sakinlərinin sayı 87 nəfərə çatıb.
“Ümumilikdə silahlı toqquşmalar nəticəsində 87 zərərçəkmiş səhiyyə müəssisələrinə yerləşdirilib, onlardan 5-i ambulator müalicəyə göndərilib”, - məlumatda deyilir. Ölənlərin sayı ilə bağlı hələlik məlumat verilmir.

Nazirliyin məlumatına görə, zərərçəkənlərin daha çox bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var. Onlar Tacikistanla həmsərhəd olan Batken vilayəti və Bişkekdəki xəstəxanalara yerləşdirilib.

Respublika Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin cümə günü verdiyi məlumata görə, həlak olanlar arasında həm hərbçilər, həm də mülki şəxslər var. Bundan əvvəl Qırğızıstan hökuməti 59 respublika sakininin xəsarət alması barədə məlumat vermişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti