Qırğızıstan-Tacikistan sərhədində döyüşlər: 24 nəfər ölüb
Nazirlikdən verilən xəbərə görə, 12 meyit Batken Regional Birləşmiş Xəstəxanasında, 10 nəfər Leylek Ümumi Tibb Təcrübə Mərkəzində, 2 nəfər isə Kulundu Ümumi Tibb Təcrübə Mərkəzində qəbul edilib.
“Ümumilikdə silahlı toqquşmalar nəticəsində 87 zərərçəkmiş səhiyyə müəssisələrinə yerləşdirilib, onlardan 5-i ambulator müalicəyə göndərilib”, - məlumatda deyilir.
Nazirliyin məlumatına görə, zərərçəkənlərin daha çox bədənlərinin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var. Onlar Tacikistanla həmsərhəd olan Batken vilayəti və Bişkekdəki xəstəxanalara yerləşdirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


