Qırğızıstan-Tacikistan sərhədində döyüşlər: 24 nəfər ölüb

 Qırğızıstan-Tacikistan sərhədində döyüşlər:  24 nəfər ölüb
  17 Sentyabr 2022    Oxunub:700
Qırğızıstan tərəfi bildirib ki, Tacikistanla sərhəddə baş verən qarşıdurmalarda 24 nəfər ölüb.
Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Əməliyyat məlumatlarına əsasən, 24 nəfərin meyiti Batken vilayətinin səhiyyə qurumlarına daxil olub", - məlumatda deyilir.

Nazirlikdən verilən xəbərə görə, 12 meyit Batken Regional Birləşmiş Xəstəxanasında, 10 nəfər Leylek Ümumi Tibb Təcrübə Mərkəzində, 2 nəfər isə Kulundu Ümumi Tibb Təcrübə Mərkəzində qəbul edilib.

“Ümumilikdə silahlı toqquşmalar nəticəsində 87 zərərçəkmiş səhiyyə müəssisələrinə yerləşdirilib, onlardan 5-i ambulator müalicəyə göndərilib”, - məlumatda deyilir.

Nazirliyin məlumatına görə, zərərçəkənlərin daha çox bədənlərinin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var. Onlar Tacikistanla həmsərhəd olan Batken vilayəti və Bişkekdəki xəstəxanalara yerləşdirilib.


AzVision.az


Teqlər:



Xəbər lenti