COVID-19-dan ölənlərin sayı 6,5 milyonu ötdü

   COVID-19-dan ölənlərin sayı 6,5 milyonu ötdü
  17 Sentyabr 2022    Oxunub:737
Dünyada COVID-19 infeksiyasından rəsmən təsdiqlənmiş ölüm hallarının sayı 6,5 milyonu, koronavirusa yoluxanların sayı isə 608 milyonu ötüb.
Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatlarından məlum olub. ÜST pandemiyanın başlanğıcından indiyədək 608 328 548 yoluxma və 6 501 469 nəfərin ölməsi barədə məlumat alıb. Ötən gün ərzində yoluxanların sayı 499 868 nəfər, ölənlərin sayı 1 708 nəfər artıb.

Qeyd edək ki, ÜST statistik məlumatlarında yalnız yoluxmuş və ölənlər haqqında ölkələr tərəfindən verilən rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.



AzVision.az


Teqlər:



Xəbər lenti