Kraliçanın tabutuna doğru qaçan şəxs həbs edildi

Kraliçanın tabutuna doğru qaçan şəxs həbs edildi
  17 Sentyabr 2022    Oxunub:1016
Londonda Vestminster zalda kraliça II Elizabetlə vida mərasimi davam edir. Kraliçanın cənazəsini görmək istəyənlər saatlarla növbədə gözləyirlər.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, vida mərasimi zamanı bir nəfər sıranı tərk edərək kraliçanın tabutuna doğru qaçıb. Polislər həmin şəxsin həbs edildiyini açıqlayıb. Hadisənin dünən yerli saatla 22:00-da baş verdiyi bildirilib.

Həmin şəxsin növbədə gözləyən 7 yaşlı qızı da qolundan çəkərək tabuta doğru itələdiyi iddia edilib. Onun kraliçanın tabutundan kral bayrağını qaldırmağa çalışdığı və əllərini kraliçanın tabutunun üzərinə qoyduğu güman edilir.

AzVision.az



Teqlər:



Xəbər lenti