Akkuyu AES 2023-cü ildə istifadəyə verilə bilər
O, gələn il tikilməkdə olan AES-də ilk reaktorun işə salınacağına ümid etdiyini söyləyib.
Sentyabrın 16-da Rusiya Prezidenti Vladimir Putin Ərdoğanla görüşündə Türkiyədə Akkuyu AES-in tikinti prosesinin təşkili ilə bağlı məsələlərin aradan qaldırıldığını bildirib.
Akkuyu AES Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən həyata keçirilən nüvə sənayesi layihəsidir. Türkiyədə AES-in tikilməsi məsələsi 1955-ci ildə gündəmə gəlib. Bu istiqamətdə ilk konkret addım 2010-cu il mayın 12-də atılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


