ABŞ Rusiyaya ilk dəfə qadın səfir göndərəcək

 ABŞ Rusiyaya ilk dəfə qadın səfir göndərəcək
  17 Sentyabr 2022    Oxunub:732
"ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə qadın olacaq və o, gələn həftə vəzifəsinin icrasına başlayacaq".
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

"Bu şəxs Rusiyada uzun müddət təhsil alıb. Ümid edirik ki, onun köməyi ilə biz Rusiya ilə münasibətləri yaxşılaşdıra biləcəyik", - Nuland qeyd edib.

Qeyd edək ki, hazırda Birləşmiş Ştatların Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsi boşdur. 62 yaşlı səfir Con Sallivan sentyabrın 4-də Moskvanı tərk edib.

Xatırladaq ki, o, bu vəzifəyə 2019-cu ilin dekabrında ABŞ-ın əvvəlki Prezidenti, respublikaçı Donald Tramp tərəfindən təyin edilib.

AzVision.az



Teqlər: ABŞ   Rusiya   Səfir  



Xəbər lenti