Türkiyə şəhid verdi

   Türkiyə şəhid verdi
  18 Sentyabr 2022    Oxunub:973
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda sərhəd zastavasına terrorçular tərəfindən edilən hücum nəticəsində bir əsgər şəhid olub, daha bir əsgər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə tərəfi cavab tədbirlərinə başlayıb. Bölgədə aşkar edilən hədəflər dərhal atəşə tutulub. İlkin hesablamalara görə 12 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlar davam edir.

AzVision.az


Teqlər:



Xəbər lenti