Zelenski cəbhədəki “sakitliyi” izah edib

   Zelenski cəbhədəki “sakitliyi” izah edib
  18 Sentyabr 2022    Oxunub:1104
"Cəbhədə müvəqqəti “sakitlik” Ukrayna hərbçilərinin bir sıra işğal olunmuş şəhərləri azad etməyə hazırlaşması ilə bağlıdır".
Bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən xəbər verir.

“Bəlkə də, indi bəzilərinə elə gəlir ki, bir sıra qələbələrdən sonra bizdə müəyyən sakitlik yaranıb, amma bu, sakitlik deyil. Bu, növbəti seriyaya (azad edilmiş şəhərlər - red.), hamımız üçün çox vacib sözlərin növbəti seriyasına (şəhər adları - red.) hazırlıqdır, bunları eşitmək lazımdır, çünki Ukrayna azad olmalıdır", - Zelenski vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti