Daha 6 gəmi Ukrayna limanlarından yola düşüb

Daha 6 gəmi Ukrayna limanlarından yola düşüb
  19 Sentyabr 2022    Oxunub:738
Taxıl daşınması çərçivəsində bu gün daha 6 gəmi Ukrayna limanlarından yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

AzVision.az


Teqlər:



Xəbər lenti