Zaporojyeyə raket zərbələri endirilib - FOTO

Zaporojyeyə raket zərbələri endirilib -    FOTO
  19 Sentyabr 2022    Oxunub:1278
Düşmən səhər saatlarında Zaporojyeyə növbəti raket hücumu edib və rayon mərkəzinə yaxın kəndi atəşə tutub. Nəticədə bir nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının sədri Aleksandr Starux məlumat yayıb.

"İlkin məlumata görə, bir raket vilayət mərkəzinə, Dnepr çayı yaxınlığına düşüb. Qurbanlar barədə məlumat dəqiqləşdirilir", - o, Telegramda yazıb.

O qeyd edib ki, ruslar rayon mərkəzindən də uzağa atəş açıblar. Onlar Zaporojye rayonunun kəndlərindən birini vurublar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Raket  



Xəbər lenti