Tacikistan və Qırğızıstan sərhədində 90-dan çox adam həlak olub

Tacikistan və Qırğızıstan sərhədində 90-dan çox adam həlak olub
  19 Sentyabr 2022    Oxunub:765
Qırğızıstan- Tacikistan sərhəddində baş verən qarşıdurma nəticəsində 90-dan çox adam ölüb.
Tacikistan tərəfinin məlumatına görə, hücumlar nəticəsində azı 35 nəfər ölüb, 30-a yaxın adam yaralanıb. Eyni zamanda, respublikanın hakimiyyət orqanları hələlik hərbçilər arasında itkilərə münasibət bildirməyib.

Son məlumatlara görə, ümumilikdə 59 Qırğızıstan vətəndaşı həlak olub, 163 nəfər yaralanıb.Sentyabrın 19-da ölkədə matəm elan edilib.

Qırğızıstanın bayraqları ölkə daxilində, xaricdəki səfirlik və konsulluqlarda endirilib. Mədəniyyət müəssisələri və teleradio şirkətlərinə əyləncəli tədbirləri və verilişləri ləğv etmək tövsiyə olunub.

Xatırladaq ki, Qırğızıstan və Tacikistan sərhədində qarşıdurmalar sentyabrın 14-də başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. Ölkələrin hakimiyyət orqanları atəşkəs və silahlı qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti