Kraliça ilə vida mərasimi başa çatıb

Kraliça ilə vida mərasimi başa çatıb
  19 Sentyabr 2022    Oxunub:700
İngiltərənin keçmiş mərhum kraliçası II Elizabetin ictimai vida mərasimi başa çatıb.
AzVision.az “TASS”- istinadən xəbər verir ki, sentyabrın 14-dən etibarən Britaniyanın tabeçiliyində olanlar şəxsən II Elizabet ilə vidalaşıblar. Vidalaşmaq üçün sırada gözləyənlərin arasında keçmiş futbolçu Devid Bekhem, musiqiçi Ceyms Blant, keçmiş daxili işlər naziri Priti Patel də var idi.

Qeyd edək ki, kraliça II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral malikanəsində vəfat edib. Onun dəfni bugün yerli saatla 12:00-dan 20:30-a dək davam edəcək. Kraliça Müqəddəs Georgi kapellasının kral məqbərəsinə gətiriləcək. Daha sonra isəö kraliçanın tabutu VI Georginin xatirə kapellasına köçürüləcək.

II Elizabetin tabutu ilə birlikdə əri şahzadə Filipin də tabutu Kral Məzarından çıxarılaraq Müqəddəs VI Georgi Kapellasının bir hissəsi olan VI Georgi Kapellasına köçürüləcək.

Şəms Şahinli
AzVision.az



Teqlər:



Xəbər lenti