İran parlamenti sərhəddəki vəziyyəti müzakirə edəcək

   İran parlamenti sərhəddəki vəziyyəti müzakirə edəcək
  19 Sentyabr 2022    Oxunub:619
İran Məclisi Ermənistan və Azərbaycan sərhədində son gərginliyi müzakirə etməyi planlaşdırır. Bu məsələyə parlamentin çərşənbə günü keçiriləcək növbədənkənar iclasında baxılacaq.
Bununla bağlı İslam Respublikası parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Vahid Cəlalzadə qeyd edib ki, qarşıda çox mühüm müzakirələr var.

Onun sözlərinə görə, İran tərəfi iki qonşu ölkənin sərhədində baş verən son hadisələrdən ciddi narahatdır.

Cəlalzadə əlavə edib ki, problem İranın yüksək rütbəli rəsmiləri ilə müzakirə olunub. Bununla bağlı parlamentarilər ölkənin Ali Milli Təhlükəsizlik Şurasından, eləcə də Xarici İşlər Nazirliyindən bu məsələlərə bütün ciddiliklə yanaşmalarını xahiş edirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti