İran polisindən hicaba görə ölən qızla bağlı açıqlama

   İran polisindən hicaba görə ölən qızla bağlı açıqlama
  19 Sentyabr 2022    Oxunub:1092
İran hüquq-mühafizə orqanları hicabın düzgün geyinilməməsi səbəbindən polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən Məhsa Amininin döyülməsi ilə bağlı ittihamları rədd edib. Bu barədə Alarabiya xəbər agentliyi məlumat yayıb.
Tehran polis rəisi Sərdar Hüseyn Rəhimi xəstəxanada çoxsaylı xəsarətlərdən dünyasını dəyişən 22 yaşlı qızın ölümünü qəza adlandırıb.

“Polisə qarşı qorxaqcasına ittihamlar səsləndirilib. Biz qiyamət gününü gözləyəcəyik, lakin təhlükəsizliyi təmin etmək üçün işi dayandıra bilmərik”.

Nəşrin həmsöhbətinin sözlərinə görə, tabeliyində olanlar tərəfindən heç bir səhlənkarlıq, hətta “kiçik bir nəzarətsizlik” olmayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, tabeliyində olanlar tərəfindən heç bir səhlənkarlıq, hətta “kiçik bir nəzarətsizlik” olmayıb.

Rəhimi vurğulayıb ki, ictimaiyyətin bütün fərziyyələri əslində yalan və böhtandır. Eyni zamanda o, həkimlərdən rəsmi nəticə gözlədiyini əsas gətirərək, məhbusun ölüm səbəbini açıqlamayıb.

Əmini qohumlarını ziyarət etmək üçün İraqвфт Tehrana gəlib. Şəhərdə o, şəriət normalarına riayət olunmasına nəzarət edən polis əməkdaşlarından ibarət xüsusi dəstə tərəfindən saxlanılıb. Küçəyə hicabda çıxan qız hicabını səhv geyinməkdə ittiham edilərək ən yaxın polis bölməsinə aparılıb. Qardaşж bacısının buraxılmasını gözləyərkən təcili yardım maşını binaya yaxınlaşaraq onu xəstəxanaya aparıb. Gəncin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onu əmin ediblər ki, qız infarkt və insult keçirdikdən sonra komaya düşüb. O, bir neçə gün sonra özünə gəlmədən xəstəxanada dünyasını dəyişib.

Hadisədən az sonra İranda etiraz aksiyaları başlayıb. Yerli sakinlərin qəzəbinə qızın ölümünə ürək problemlərinin olması səbəb olub. Lakin hüquq müdafiəçilərinin bildirdiyinə görə, xəstəxanaya yerləşdirilən zaman Əmininin qulaqlarından qan axırmış və kəllə sümüyünün sınığı olub ki, bu da döyülməyə dəlalət edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti