Polşada kömürün qiyməti 4 dəfə artıb

Polşada kömürün qiyməti 4 dəfə artıb
  19 Sentyabr 2022    Oxunub:906
Hökumətin Rusiya yanacaq tədarükünə embarqo qoyması səbəbindən Polşanın kömür anbarları boşaldılıb və yanacağın qiyməti 4 dəfə artıb.
AzVision.az xəbər verir ki, bu barədə “Fakt” məlumat yayıb. Məqalədə deyilir ki, Polşa rəhbərliyi kömür qiymətlərinin artımını cilovlamaq və ev təsərrüfatlarına yanacağa xərclədiklərini kompensasiya etmək vədini yerinə yetirməyib.

“Ucuz kömürün hər ton üçün 996,60 zlot - qanunvericilik səviyyəsində təmin edilməsi planlaşdırılırdı. Avqust ayından etibarən kömür sobası olan hər bir ev bu qiymətə yanacaq ala bilərdi. Hər evə üç ton kömür nəzərdə tutulurdu. Lakin qanun layihəsi sabun köpüyü kimi partladı: hökumət anbarları bu qiymətə yanacaq satmağa inandıra bilmədi”.

Müəlliflər qeyd edirlər ki, indi ölkə vətəndaşları dövlətin maliyyə dəstəyi ilə subsidiyalar üçün müraciət edə və kömür ala bilərlər. Yardım birdəfəlikdir və bu, üç min zlota bərabərdir.

Ayasofya Nəzəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti