Rusiya və Çin müdafiə sahəsində əməkdaşlığı gücləndirir

   Rusiya və Çin müdafiə sahəsində əməkdaşlığı gücləndirir
  19 Sentyabr 2022    Oxunub:876
Rusiya ilə Çinin Silahlı Qüvvələrinin Baş Qərargahı arasında təmasların gücləndirilməsi, birgə təlimlər və patrulların keçirilməsi, eyni zamanda müdafiə nazirlikləri arasında gələcək əməkdaşlıq haqqında razılığa gəlinib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının aparatının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ölkələr arasında razılıq sentyabrın 19-da Futszyan əyalətinin Nanpin şəhərində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Tzeçinin rəhbərliyi ilə keçirilən strateji təhlükəsizlik üzrə məsləhətləşmələr zamanı əldə olunub.

Beynəlxalq gündəmdə olan bir sıra məsələlər üzrə ikitərəfli koordinasiyanın qurulmasının vacibliyi vurğulanıb. Patruşev həmçinin qeyd edib ki, Çinlə strateji tərəfdaşlığın inkişaf etdirilməsi kursu Rusiyanın xarici siyasətinin qeyd-şərtsiz prioritetidir.

Ayasofya Nəzəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti