Britaniya Ukraynaya hərbi yardım üçün 2,63 milyard dollar xərcləyəcək

   Britaniya Ukraynaya hərbi yardım üçün  2,63 milyard dollar xərcləyəcək
  20 Sentyabr 2022    Oxunub:607
Böyük Britaniya 2023-cü ildə Ukraynaya hərbi yardım üçün ən azı 2,3 milyard funt-sterlinq (2,63 milyard dollar) xərcləmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın baş naziri Liz Trass BMT Baş Assambleyasının (GA) 77-ci sessiyasındakı çıxışı zamanı gələn il Ukraynaya bu il ayrılmış məbləğə bərabər və ya ondan artıq vəsaitin verilməsini elan edəcək.

Qeyd edək ki, sentyabrın əvvəlində Trass Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı onu əmin etmişdi ki, Kiyev uzunmüddətli perspektivdə Londonun dəstəyinə arxalana bilər.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti