“Türkiyə ABŞ-dan F-16-ları almasa...” - Ərdoğan

 “Türkiyə ABŞ-dan F-16-ları almasa...” -    Ərdoğan
  20 Sentyabr 2022    Oxunub:832
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ-dan F-16 qırıcıları almadığı təqdirdə özü özünü təmin edəcəyini deyib.
"Cənab Bayden mənə bu məsələni (F-16 ilə) həll edəcəyimi vəd etdi. Bilirəm ki, Bayden buna müsbət baxır. Hətta respublikaçılarla görüşlərimiz oldu və onlar da buna müsbət baxacaqlarını dedilər. İndi əgər biz F-16 məsələsində ABŞ-dan istədiyimiz nəticəni almasaq, nə edəcəyik?Öz qayğımıza qalacağıq. Yoxsa ABŞ-la heç bir problemimiz yoxdur”, - deyə Ərdoğan PBS telekanalına müsahibəsində bildirib.

ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükünün proqramdan çıxarılması ilə bağlı rəsmi bildiriş göndərmişdi və Vaşinqton Türkiyə ilə F-35 ilə bağlı ortaq memorandumu ləğv edib.

Ərdoğan daha sonra ABŞ-ın beşinci deyil, dördüncü nəsil - F-16-nın digər qırıcılarını almaq təklifini açıqlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti