"Bizi 52 il saxlayıb sonra da sorğu-sual edəcəklər?" - Ərdoğan
“Avropa İttifaqı bizi 52 il saxlayacaq, ona yaxınlaşmağa imkan verməyəcək, sonra da soruşacaq: “Niyə bu ölkə ilə görüşdü, niyə başqa bir ölkə ilə görüşdü?”. Mən danışıqlar aparacağam.Biz bu danışıqları apararaq Avropa İttifaqı qarşısında hesabat verməli deyilik.
Biz dünyanın bütün ölkələri ilə görüşürük. Mən cənab Si (Çin Prezidenti Si Cinpin) ilə görüşürəm, mən cənab Putinlə (Rusiya Federasiyasının Prezidenti Vladimir Putin), cənab Modi ilə (Hindistanın Baş naziri Modi Narendra) görüşürəm”, - deyə Ərdoğan PBS-yə müsahibəsində bildirib.
Türkiyə lideri qeyd edib ki, Ankaranın siyasəti bütün ölkələrlə danışıqlar aparmaqdır.
“Avropa İttifaqına üzv dövlətlərlə görüşlərimiz olanda bizə “Niyə onlarla görüşdünüz?” kimi suallar gəlmirdi.Biz onlarla prosesi Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrində olduğu kimi aparacağıq”, - Ərdoğan əlavə edib.
Türkiyə lideri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən toplantısında iştirak edib və nəticədə Türkiyənin məqsədinin ŞƏT-ə üzvlük olduğunu bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


