Pepsi Co Rusiyada qazlı su istehsalını dayandırdı

   Pepsi Co Rusiyada qazlı su istehsalını dayandırdı
  20 Sentyabr 2022    Oxunub:1406
“Pepsi Co” Rusiyada məşhur qazlı içki brendlərinin- Pepsi Cola, Mirinda, 7Up və Mountain Dew istehsalını dayandırıb. Bu barədə Reuters yazıb.
Reuters agentliyinin jurnalistləri Moskvada və ondan kənarda onlarla supermarket, pərakəndə satış mağazası və idman zallarına baş çəkib və müəyyən ediblər ki, Rusiya zavodlarında Pepsi içkilərinin son istehsal tarixi avqustun 17-dir.

Amerika şirkəti nəşrə təsdiqləyib ki, Rusiyada Pepsi Cola, Mirinda, 7Up və Mountain Dew qazlı içkiləri üçün konsentratların istehsalını dayandırıb.

Pepsi Co martın əvvəlində Rusiyada qazlı su istehsalı və satışının, eləcə də reklam fəaliyyətinin dayandırıldığını elan edib.

Lakin o zaman şirkət süd məhsulları və uşaq qidası kimi zəruri malların istehsalını davam etdirəcəyini bildirmişdi. Reuters-in məlumatına görə, 2021-ci ildə Rusiya Pepsi Co üçün ABŞ və Meksikadan sonra üçüncü ən böyük bazar olub.

Konsern Rusiyada dünyaca məşhur içki brendlərinin istehsalını dayandırsa da, ölkədə Evervess, Frustyle və Ruskiy Dar brendləri adı altında içkilərin satışına başlayıb.

Mart ayında şirkətin rəqibi Coca-Cola da fəaliyyətini dayandırdığını açıqlamışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti