Türkiyə Rusiyanı bir nömrəli düşmən elan edən NATO-nun üzvüdür - Rusiya XİN

Türkiyə Rusiyanı bir nömrəli düşmən elan edən NATO-nun üzvüdür -   Rusiya XİN
  20 Sentyabr 2022    Oxunub:847
Rusiya Prezidentinin ŞƏT üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri bildirib ki, Türkiyə ŞƏT-ə üzv olmaq üçün bir sıra meyarlara cavab verməli, NATO kimi blokların üzvü olmamalıdır.
“Bizim yeni üzvlərin qəbulu ilə bağlı bir sıra meyarlarımız var: Avrasiya regionuna mənsubluq, ŞƏT-ə üzv dövlətlərlə fəal diplomatik, ticarət-iqtisadi və mədəni əlaqələr olmalıdır. Həm ŞƏT dövlətləri ilə münaqişələrin olmaması, eləcə də xarici münaqişələrə qarışmamaq. BMT Təhlükəsizlik Şurasının sanksiyalarının olmaması, həm də ŞƏT üzvlərinə düşmən və ya onlara qarşı yönəlmiş fəaliyyət və bloklarda iştirak etməmək”, - Rusiya XİN-in səfiri bildirib.

O qeyd edib ki, Türkiyə Rusiyanı sadəcə düşmən deyil, bir nömrəli düşmən elan edən NATO-nun üzvüdür.

Hakimov qeyd edib ki, Türkiyə ilə ŞƏT-i birləşdirən bütün müsbət cəhətlərlə yanaşı, diqqətlə öyrəniləcək amillər var.

Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən iclasında iştirak edib və nəticədə Türkiyənin məqsədinin ŞƏT-ə üzv olmaq olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, Aİ yarım əsrdən artıqdır ki, Türkiyənin öz sıralarına daxil olmasını əngəlləyir və o, sammitdə iştirakına görə onun qarşısında hesabat vermək fikrində deyil.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti