Ermənistanın yeni baş prokuroru hərbi prokuroru və onun müavinlərini qovdu

   Ermənistanın yeni baş prokuroru hərbi prokuroru və onun müavinlərini qovdu
  20 Sentyabr 2022    Oxunub:716
Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan hərbi prokuroru və onun iki müavinini işdən çıxarıb.
O, parlamentdə seçildikdən bir gün sonra hər üç şəxsin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Həmin gün hərbi prokurorun müavini Arsen Sərdaryan tutduğu vəzifədən azad edilib. Sentyabrın 19-da isə hərbi prokurorun digər müavini Sevak Hovhannisyan qovulub.

Qeyd edək ki, Vardapetyan bundan əvvəl Ermənistan ədliyyə nazirinin müavini işləyib. 2020-ci ilin mart ayından Baş nazirin köməkçisi vəzifəsində çalışır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti