Rusiya Ukraynada ələ keçirilən NATO texnikasını öyrənəcək

   Rusiya Ukraynada ələ keçirilən NATO texnikasını öyrənəcək
  20 Sentyabr 2022    Oxunub:844
Rusiya Hərbi Sənaye Kompleksləri mümkün qədər tez qoşunlara silah tədarükünü sürətləndirməli, istehsal müddətlərini azaltmalı, həmçinin Ukraynada NATO-nun ələ keçirilən texnikalarını diqqətlə öyrənməlidirlər.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Mümkün olan ən qısa müddətdə istehsal imkanlarını artırmaq, avadanlıqdan maksimum istifadə etmək, texnoloji dövrləri optimallaşdırmaq və keyfiyyətə xələl gətirmədən istehsal vaxtını azaltmaq lazımdır”, - Putin bildirib.

O, həmçinin Avropa İttifaqı və NATO alyansı ölkələrinin Ukraynaya çoxlu sayda silah-sursat verdiyinə işarə edərək, onların bəzilərinin rus hərbçilərinin əlinə keçdiyini qeyd edib.

“Bu o deməkdir ki, biz bu arsenalları və bizə qarşı istifadə olunanları öyrənməliyik, öz imkanlarımızı keyfiyyətcə artırmalı, əldə edilmiş təcrübə əsasında lazımi yerlərdə texnikamızı, silahlarımızı təkmilləşdirməliyik”.


AzVision.az



Teqlər:



Xəbər lenti