Ermənistan prezidenti "Charlie Hebdo" nun üz qabığında - FOTO

   Ermənistan prezidenti  "Charlie Hebdo" nun üz qabığında -    FOTO
  20 Sentyabr 2022    Oxunub:949
Xəbər verdiyimiz kimi Ermənistanın prezidenti Vaaqn Xaçaturyan Böyük Britaniya kraliçası II Elizabetin "Westminster Hall"dakı cənazəsi qarşısında qalmaqallı hərəkətə yol verib. Xaçaturyan digər qonaqlardan fərqli olaraq toydaymış kimi xatirə şəkili çəkdirib.
Onun bu anormal davranışı qısa müddətdə sosial şəbəkə istifadəçilərinin kütləvi tənqidi və narazılığına səbəb oldu.

Bu gün isə Ermənistan KİV-i prezidentin artıq dünyada mənfi yöndə gündəmə çevrildiyini yazıblar. "Mamul" saytı Xaçaturyanın dünyaca məşhur karikatura jurnalının üz qabığında yer aldığını yazıb.

İrəvanda mitinq - Monteneqro Prezidenti arxa qapıdan qəbul edildi - VİDEO
"Armcomedia" özünün Facebook səhifəsində maraqlı paylaşım edib. Statusda "Charlie Hebdo"nun karikaturasını əks etdirən foto da yerləşdirilib. Qeyd olunub ki, “Charlie Hebdo"nun üz qabığında Ermənistan Respublikasının prezidentini tapın”, - müəllif məqalədə qeyd edib.

Qeyd edək ki, uzun müddətdir sözügedən məkanda vida mərasimi zamanı media mənsublarından başqa heç kəsə foto və video çəkiliş həyata keçirməyə icazə verilmir.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Dəfn   Prezident  



Xəbər lenti