Şoyqu: Qismən səfərbərlikdə 300 min ehtiyatda olan hərbçi çağırılacaq

      Şoyqu:    Qismən səfərbərlikdə 300 min ehtiyatda olan hərbçi çağırılacaq
  21 Sentyabr 2022    Oxunub:954
Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Silahlı Qüvvələrinə 300 min ehtiyatda olan hərbçinin çağırılacağını bildirib.
O qeyd edib ki, tələbələrin hər hansı səfərbərliyindən söhbət gedə bilməz.

“Rusiyanın böyük səfərbərlik resursu var, demək olar ki, 25 milyon insan, 1%-dən bir qədər çoxu qismən səfərbərliyə məruz qalıb.

Qəbul edilmiş ehtiyatda olan hərbçilər təlimdən, koordinasiyadan keçəcəklər, yalnız bundan sonra tapşırıqları yerinə yetirməyə gedəcəklər. İlk növbədə, onlar təmas xəttinin arxasında artıq ələ keçirilmiş ərazilərə nəzarət etmək üçün göndəriləcəklər.

Təmas xəttinin özü, onu cəbhə xətti adlandırmaq olar, 1 min km-dən çoxdur.Təbii ki, arxada olanlar təmin edilməlidir, bu ərazilərə nəzarət edilməlidir. Bunun üçün ilk növbədə bu iş, qismən səfərbərlik aparılır”, - deyə o bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti