Şoyqu Ukraynanın itkilərini də açıqladı

   Şoyqu Ukraynanın itkilərini də açıqladı
  21 Sentyabr 2022    Oxunub:1159
Rusiyanın Ukraynada apardığı müharibədə 100 min Ukrayna hərbçisi həlak olub. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Rossiya 24” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə Ukrayna Silahlı Qüvvələri təxminən 201-202 min nəfər olub.

"İndi ölənlər -61 min 207 nəfər, yaralılar isə 49 min 368 nəfərdir. Bu, yarısıdır",- Şoyqu bildirib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti