Ermənistanda hərbçilərin məzarına qoyulan çələnglər dağıdıldı - VİDEO

    Ermənistanda hərbçilərin məzarına qoyulan çələnglər dağıdıldı -  VİDEO
  21 Sentyabr 2022    Oxunub:1099
Ermənistanda ölən hərbçilərin qohumları və valideynləri Yerablur hərbi panteonundakı xatirə abidəsi önünə hökumət orqanları tərəfindən qoyulmuş bütün əklilləri kənara atıblar. Ölən hərbçilərin yaxınlarını hərbi panteonun ərazisindən zorla çıxaran polisin davranışı valideynləri qəzəbləndirib.
"Əgər bu əxlaqsızlar ölü anaları ilə belə rəftar etməyə özlərinə icazə verirlərsə, onların çələngləri burada olmasın. Onlar ən həssas yerdən vurdurlar",- deyə valideyinlərdən biri qışqırıb, ikincisi isə çələnglərdən bayraqları qoparıb.

Qeyd edək ki, ölən əsgərlərin qohumları baş nazir Nikol Paşinyanın Müstəqillik Gününə təsadüf edən ənənəvi səfərlə oraya daxil olmaması üçün bütün gecəni panteonda keçirmək niyyətində olduqlarını bildiriblər. Valideynlərin qəzəbinə baş nazirin kinli və yersiz hesab etdikləri bəzi açıqlamalar səbəb olub. Ancaq baş nazir buna baxmayaraq, panteonun ərazisinə sərbəst daxil ola bilib.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti