ABŞ səfiri Rusiyadakı səfərbərliyə reaksiya verdi

   ABŞ səfiri Rusiyadakı səfərbərliyə reaksiya verdi
  21 Sentyabr 2022    Oxunub:747
Ukraynanın işğal olunmuş ərazilərində saxta “referendumlar”, elan olunan səfərbərlik Rusiyanın zəifləməsinə və uğursuzluğuna işarədir.
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink Twitte r səhifəsində yazıb.

"Birləşmiş Ştatlar Rusiyanın guya ilhaq edilmiş Ukrayna ərazisinə dair iddialarını heç vaxt tanımayacaq və biz nə qədər zaman tələb olunacaqsa, o qədər də Ukraynanı dəstəkləməyə davam edəcəyik", - səfir yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  



Xəbər lenti