Krım tatar hərəkatının liderlərindən birinə 17 il iş kəsildi

   Krım tatar hərəkatının liderlərindən birinə    17 il iş kəsildi
  21 Sentyabr 2022    Oxunub:942
Müvəqqəti işğal altında olan Krımın qondarma “Ali Məhkəməsi” qaz kəmərinin partladılması ilə bağlı qondarma işdə təqsirləndirilən 3 nəfəri 13-17 il müddətinə azadlıqdan məhrum edib.
AzVision.az xəbər verir ki, bu barədə vəkil Nikolay Polozov məlumat yayıb.

O, qeyd edib ki, Krım tatar xalq məclisinin sədr müavini Nəriman Cəlal 700 min rubl cərimə ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

“Məhkəmə” Asan və Əziz Axtemov qardaşlarını isə 500 min rubl cərimə edib və müvafiq olaraq onlara 15-13 il iş kəsib.

Xatırladaq ki, 2021-ci il avqustun 23-də Krımda, Simferopol və Yalta arasında yerləşən Perevalnoye kəndində qaz kəməri partlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Krım   Məhkəmə  



Xəbər lenti