ABŞ Putinin nüvə silahı ilə bağlı sözlərini ciddi qəbul edir - Ağ Ev

   ABŞ Putinin nüvə silahı ilə bağlı sözlərini ciddi qəbul edir -    Ağ Ev
  21 Sentyabr 2022    Oxunub:790
"ABŞ Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı sözlərini ciddi qəbul edir". Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC televiziyasına müsahibəsində bildirib.
"Biz buna ciddi yanaşırıq. Biz onların strateji konfiqurasiyasını bacardığımız qədər izləyirik ki, ehtiyac yaranarsa özümüzün konfiqurasiyasını tənzimləyə bilək. Hazırda bunun tələb olunduğuna dair heç bir əlamət görmürük", - Kirbi bildirib.

O, xəbərdarlıq edib ki, Rusiyanın nüvə silahından istifadə etməsi onun üçün ağır beynəlxalq nəticələrə gətirib çıxaracaq və onu dünya səhnəsində "təcrid olunmuş"a çevirəcək.

Qeyd eedək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində bildirib ki, Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə ediləcək.

"Qərbin məqsədi bizi parçalamaq, məhv etməkdir. Qərb anti–Rusiya siyasətində bütün sərhədləri keçib. Artıq Rusiyanın sərhədyanı ərazilərinə Qərb silahlarından zərbələr endirilir. NATO Rusiyanın cənubunda kəşfiyyat aparır".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti