"Putinin səfərbərlik elanı Ukraynadakı eskalasiyadır" -

   "Putinin səfərbərlik elanı Ukraynadakı eskalasiyadır" -    Aİ
  21 Sentyabr 2022    Oxunub:1118
Rusiya Prezidenti Vladimir Putinin referendum və qismən səfərbərliklə bağlı elanları Ukraynada ciddi eskalasiyanı təsvir edir.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell deyib.

Onun sözlərinə görə, qondarma referendumlar, qismən hərbi səfərbərlik və nüvə şantajının elan edilməsi ciddi eskalasiyadır.

"Nüvə təhlükələri qəbuledilməzdir və hər kəs üçün real təhlükə yaradır. Beynəlxalq ictimaiyyət bu cür hərəkətlərin qarşısını almaq üçün birləşməlidir. Dünya sülhü təhdid altındadır", - o Twitter-də yazıb.

AzVision.az



Teqlər:



Xəbər lenti