Bu yazıları qaçırmayın: Ötən gündən seçdiyimiz 8 material

      Bu yazıları qaçırmayın:    Ötən gündən seçdiyimiz    8 material
  22 Oktyabr 2022    Oxunub:3407
Dünya böyük, hadisələr çox, gün isə qısadır. Ona görə də xəbər gündəmi çox dinamik dəyişir. Təəssüf ki, lazım olduğundan da çox. Nəticədə oxunması xüsusilə lazımlı sayıla biləcək məqalələr xəbər axınının arasında itib-batırlar.
Məsələn, AzVision.az redaksiyası olaraq biz oxucularımızın bu yazıları qaçırmasını istəməzdik.

İran iğtişaşları: Faciələrin "qırmızı xətti" keçilib
// Məktəbli uşaqlar rəsmi zorakılığın qurbanına çevrilirlər

Tehranın başı Güney Qafqazda “qırmızı xətt” axtarışına qarışıb, amma xəbəri yoxdur ki, öz daxilindəki proseslərdə həmin xətlər çoxdan, özü də dönə-dönə keçilib. Bəli, beynəlxalq qurumları saymamaq olar, amma İrandakı faciələr elə həddə çatıblar ki, artıq Allaha da xoş getməz. Bəlkə hətta şeytana da. Güney Qafqazdakı xəttlər niyə qırmızıdır, bilmirik, amma əməkdaşımız Tural Tağıyev İranın daxilində keçilən xəttin rənginin qırmızı olmasının səbəblərini göstərib

Rusiya nüvə şantajına hazırlaşır: Simvolik gün seçilib
// SSRİ də bunu eyni tarixdə etmişdi...

Rusiyanın Barens dənizini uçuş və gəmi marşrutları üçün niyə bağlayıb? Bunun nüvə şantajı ilə bir əlaqəsi varmı? Daimi müəllifimiz Hans Kloss maraqlı versiya irəli sürüb. Onun nə dərəcədə haqlı olduğunu isə 3 gündən sonra görəcəyik.

PUAtonnan! Quşu tutmaq daha çətindir – ARAŞDIRMA
// Erməni dronlarını zərərsizləşdirmək üçün quşatan bəs edir

2015-ci ildən bu günə qədər ermənilərin 50-dən çox müxtəlif PUA-sı Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Son bir ayda isə 2 dəfə Azərbaycan Ordusu Ermənistanda istehsal edilən “UL-350” aparatnı yerə endirib. Bunun nə quş olduğunu digər daimi müəllifimiz, hərbi ekspert Ədalət Verdiyev oxucularımız üçün maraq doğuracaq tərəflərdən araşdırıb.

Fransanın ucuz erməni sevgisi
// Azərbaycanın Fransa ilə dövriyyəsi kiçikdir, Ermənistanın isə cüzi

488 milyard dollarlıq ticarət dövriyyəsi olan Fransa üçün Azərbaycan da, Ermənistan da əhəmiyyətsiz tərəfdaşdırlar. Amma vacib bir nüans da var. Həmin nüansa AzVision üçün yazdığı şərhdə iqtisadçı Əlibala Məhərrəmzadə diqqət yönəldib.

“Makron “va-bank”a gedir”
// Fransa Afrikada itirdiklərini Qafqazda kompensasiya etməyə çalışır”

Rusiyalı ekspert, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Fransa prezidenti Emmanuel Makronun Rusiya və Azərbaycan əleyhinə sərt açıqlamalarının alt qatındakı səbəblərlə bağlı ehtimallarını saytımız ilə bölüşüb.

Belarus Ukrayna ilə müharibəyə girəcəkmi? - Minskdən baxış

Belaruslu politoloq, Avropaya İnteqrasiya Problemləri Mərkəzinin direktoru Yuri Şevtsov ölkəsinin Ukrayna ilə sərhədə qoşun yığmasının səbəblərindən danışır. Düzdür, çox sakit danışır, amma məsələyə Belarusun baxışı ilə tanış olmaq lazımdır.

“Rusiya münaqişənin tam bitməsində maraqlı deyil” - Vladimir Bekiş

Rusiyalı hərbi-siyasi analitik, strateji təhlükəsizlik sahəsi üzrə ekspert, Yaxın Şərq üzrə mütəxəssis Vladimir Bekiş ölkəsində müxalif fikirli siyasi icmalçılardandır. Buna görə də onun Moskvanın qonşu bölgələrdə yürütdüyü siyasətə baxışları fərqlənir. Bəs siz necə düşünürsünüz?

Ermənistan Rusiyanın kürəyinə Avropa bıçağı sapladı - Sergey Markov

Rusiyanın tanınmış politiloqlarından olan Sergey Markov deyir ki, İrəvanın budəfəki xəyanəti – Avropa İttifaqı missiyasını bölgəyə gətirməsi ona çox ağır otura bilər. Markovun fikirlərini oxuyanda qeyri-ixtiyari “Allah ağzından eşitsin!” deyəcəksiniz.

AzVision.az


Teqlər: Daycest  



Xəbər lenti