Çexiya 4 min Ukrayna hərbçisinə təlim keçəcək

   Çexiya 4 min Ukrayna hərbçisinə təlim keçəcək
  16 Noyabr 2022    Oxunub:766
Çexiya gələn il 4000 nəfərə yaxın ukraynalı hərbçiyə təlim keçməyi planlaşdırır.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çexiyanın müdafiə naziri Jana Çernoxova məlumat verib.

Təlim beş dəfə olmaqla dörd həftəlik mərhələdə keçiriləcək və hər birində 800-ə qədər hərbçi iştirak edəcək, bunun üçün 975 milyon kron (41,60 milyon dollar) xərclənəcək.

Çernoxova bildirib ki, Ukrayna əsasən mexanikləşdirilmiş batalyonların, həmçinin həkimlərin, mühəndis-kimya qoşunlarının hazırlanmasına maraq göstərib.

Çexiya 55 hərbçini təlimatçı kimi göndərəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti